
Təlimçi iştirakçılara effektiv CV və rezümenin hazırlanma qaydaları, oxşar və fərqli cəhətləri, yazı üslubu, CV-nin tərtibi zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verib. Qeyd edilib ki, işaxtaranın karyera tarixçəsi, onun professional keyfiyyətləri CV-də öz əksini tapır.
Təlim müddətində iş müsahibəsinə hazırlıq texnikaları, müsahibə zamanı davranış və təqdimat bacarıqları, iş müsahibəsinin növləri, müsahibə zamanı ilk təəssüratın, özgüvənin, bədən dilinin əhəmiyyətli rol oynadığı bildirilib.
Təlim tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az