Tələbələrə peşəkar CV hazırlamaq və uğurlu müsahibə üzrə təlimi keçirilib

Tələbələrə peşəkar CV hazırlamaq və uğurlu müsahibə üzrə təlimi keçirilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi, “OBA” MMC və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə peşəkar CV və uğurlu müsahibə üzrə təlimi keçirilib.
Şirkətin insan resursları üzrə aparıcı mütəxəssisi Elvin Süleymanov tərəfindən keçirilən təlimdə CV hazırlanması qaydaları, müasir dizayn və tərtibatda ardıcıllığın qorunması, müsahibəyə hazırlıq prosesi, standart suallara cavab formaları və görüş zamanı bədən dilindən istifadə barədə ətraflı məlumat verilib.
Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər