Dövlət Məşğulluq Agentliyi BDU tələbələri üçün infosessiya keçirib

Dövlət Məşğulluq Agentliyi BDU tələbələri üçün infosessiya keçirib Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə tələbələr üçün infosessiya keçirilib.
İnfosessiyanın keçirilməsində məqsəd tələbələri karyera quruculuğu, əmək bazarının tələbləri ilə tanış etmək, onları bu istiqamətdə maarifləndirməkdir.
DMA-nın Mərkəzi karyera filialının əməkdaşı, karyera məsləhətçisi Mikayıl Tağıyev tələbələri müsahibədə iştirak üsulları, CV və istək məktubunun hazırlanması qaydaları, iş axtarışı, əmək bazarının araşdırılması, karyera planlaması, texniki bacarıqlara yiyələnmək yolları, könüllülük proqramlarına qoşulmaq və başqa mövzular haqqında məlumatlandırıb.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər