Dövlət İmtahan Mərkəzindən (DİM) verilın məlumata görə, hər il olduğu kimi, bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.
Abituriyentlər iyunun 8-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər.
Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Texniki Universitet, Memarlıq və İnşaat Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
Tehsil-press.az