
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15 min 274 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11.00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.
Təhsil-press.az