Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi şənbə-bazar günlərində fəaliyyət göstərəcək

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi  şənbə-bazar günlərində fəaliyyət göstərəcək Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi 17-18 avqust tarixlərində (Şənbə-bazar günləri) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərəcək. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi etmək istəyən abituriyent və subbakalavrlar, həmçinin tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər texniki dəstək və məsləhət xidməti üçün mərkəzə müraciət edə bilərlər.
Mərkəz Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılıb və ödənişsiz əsaslarla fəaliyyət göstərir.
Qeyd edək ki, ixtisas seçimi 19 avqust saat 23.59-dək davam edəcək. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Tel.: +994 12 431 41 12 (daxili nömrə 172)

Tehsil-press.az



Oxşar xəbərlər