Məşhur istirahət mərkəzi bağlandı

Məşhur istirahət mərkəzi bağlandı Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən Duyma Hotel İstirahət və Sağlamlıq Mərkəzi fəaliyyətini dayandırıb.

Hotel hazırda satışa çıxarılıb.

Altı hektar sahəyə malik olan istirahət mərkəzinin ərazisində 38 otaqdan ibarət üç mərtəbəli hotel binası mövcuddur.

İaşə müəssisəsinin bağlanması və satışa çıxarılmasının səbəbi açıqlanmayıb. Sahibinin adı açıqlanmayan hotel alıcılara 6 milyon dollara təklif olunur.

Tehsil-press.az


Oxşar xəbərlər