Bakıda ikinci “Hilton”un idarəedicisi məlum olub

Bakıda ikinci “Hilton”un idarəedicisi məlum olub Bakıda yeni hotel şirkəti “Baku Garden Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkəti dövlət qeydiyyatına alıb.

Şirkətə Erhan Gursel direktor təyin edilib və 100 manat nizamnamə kapitalı var. Erhan Gursel bundan öncə “Marmara” və “JW Marriott Istanbul Bosphorus logo
JW Marriott Istanbul Bosphorus” kimi hotellərdə çalışıb.

“Baku Garden Hotel Company” MMC “Hilton Garden Inn Baku”nun idarəedicisidir. Hotel Azərbaycanın “PMD Projects” şirkətinin layihələrindən biridir.

“Hilton Garden Inn” Bakı şəhərinin mərkəzində, Rəşid Behbudov küçəsində yerləşir. “Hilton Garden Inn” “Hilton”un 14 markasından biridir. Otaqların ümumi sayı azdır, 180 otağı var.

Tehsil-press.az

Oxşar xəbərlər