Mədəniyyət və Turizm Nazirliyi 6 mehmanxanaya ulduz verib

Mədəniyyət və Turizm Nazirliyi 6 mehmanxanaya ulduz verib Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 6 mehmanxanaya dərəcə sertifikatları verilib.

Nazirlikdən Tehsil-press.az-a verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə bəzi mehmanxanaların təsnifatı aparılıb.
İyul ayı ərzində Bakı şəhərində yerləşən “Karvan Palace” mehmanxanasına 4 ulduz, “SunRise Hotel” mehmanxanasına 4 ulduz, “Şah Hotel” mehmanxanasına 3 ulduz, “Nizami Street Hotel” mehmanxanasına 3 ulduz, “East Legend Panorama” mehmanxanasına 3 ulduz, “Şəms” mehmanxanasına 3 ulduz sertifikatı veriləcək.
Hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-dır.


Tehsil-press.az

Oxşar xəbərlər