İki Ermənistan vətəndaşı Azərbaycan tərəfinə KEÇİB

İki Ermənistan vətəndaşı Azərbaycan tərəfinə KEÇİB “Ermənistanın Sünik rayonunun (Qərbi Zəngəzur – red.) iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib”.

Bu iddia ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti çıxış edib.

İddiaya görə, Sünik rayonunun Teq kəndinin (Dığ) sakinləri Karen Armen Cangiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) yolu azaraq Azərbaycan ərazisinə keçib.

Ermənistan MTX qeyd edib ki, vətəndaşların yerinin müəyyən edilməsi üçün tədbirlər görülür.

Tehsil-press.az

Oxşar xəbərlər