
Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib.
“Baş Prokurorluq məlumat alıb. İlkin araşdırmadan sonra materiallar hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərilib, işin davam etdirilib-etdirilməməsinə bundan sonra qərar veriləcək”.
Xatırladaq ki, Ermənistanda 53 vəkil məruzə ilə çıxış edərək prezident Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 illik Britaniya vətəndaşlığına sahib olduğunu və 2018-ci ildə Ermənistan qanunvericiliyini pozaraq Prezident seçildiyini bildirib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.
Tehsil-press.az