
Çimərliklərdə virusdan necə qorunmaq olar? Vətəndaşlar nəyə diqqət etməlidirlər?
Terapevt Aygün Sayılova deyib ki, viruslardan qorunmaq üçün çimərliyin təmizliyinə diqqət etmək lazımdır:
“Çirklənmiş su mikroblar və viruslarla dolu ola bilər. “Vibrio” kimi bakteriyalar, adətən kanalizasiyanın dənizə qarışdığı ərazilərdə aşkarlanır. Dəniz suyunun tərkibi normalara uyğun deyilsə, həmin sahələrdə çimmək məsləhət görülmür. Bununla yanaşı, ictimai çimərliklərdə çox sayda insan toplanır və bu da infeksiya riskini artırır. Mümkün olduğu qədər az sıxlıq olan yerlər seçilməlidir. Bu dövrlərdə infeksiya təhlükəsi səbəbilə dənizdən qaçınmaq lazımdır”.
Terapevt qeyd edib ki, körpə uşaqları suya salmaq qətiyyən tövsiyə edilmir:
“1-3 yaşlı uşaqların ağzına su getməməsinə diqqət yetirmək lazımdır. Dəridə yara və ya kəsik varsa, dəniz suyunun içində uzun müddət qalmaq tövsiyə olunmur. Çünki yaralar infeksiya və virusların bədənə daxil olması üçün açıq qapıdır. Çiməndən sonra xüsusən əllər yaxşı yuyulmalıdır”.
Tehsil-press.az