
Dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib.
Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alıXətai rayonunda - Ağ Şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;
Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;
Səbail rayonunda - Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;
Xəzər rayonu, Şüvələn qəsəbəsi - biri 875,6 m² sahəyə malik olmaqla 2 villa tipli bağ evi;
Pirallahı rayonunda - bağ evi;
Xəzər və Qusar rayonlarında - torpaq sahələri.
Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.
Tehsil-press.az