Salvadorun sabiq prezidentinə 10 il həbs cəzası verilib

Salvadorun sabiq prezidentinə 10 il həbs cəzası verilib Salvadorun sabiq prezidenti Antonio Saka korrupsiyaya görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Mərkəzi Amerika ölkəsinin prokurorluğu bildirib.
"Sabiq prezident Elias Antonio Saka pul və aktivlərin oğurlanması və yuyulmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq dövlət başçısı korrupsiya ilə bağlı cinayətə görə həbs edilən ilk sabiq prezident olub", - deyə bəyanatda bildirilir.
Saka 2016-cı ildə korrupsiya və dövlət vəsaitlərinin israf edilməsi ittihamı üzrə həbs olunub. O, 2004-2009-cu illərdə ölkə prezidenti olub.

Tehsil-press.az

Oxşar xəbərlər