
Qurumdan verilən cavabda bildirilib ki, təcili yardım xidməti yalnız həyati təhlükə yaradan təxirəsalınmaz tibbi hallarda çağırılmalıdır:
“02.08.2025-ci il tarixində saat 01:27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, Gəncə küçəsi 56B ünvanından ürək sancısı şikayətilə bağlı 1991-ci il təvəllüdlü şəxs üçün çağırış daxil olub.
Çağırış briqada tərəfindən saat 02:08-də qəbul edilib. Ünvana cəlb edilən briqada vətəndaşı müayinə etdikdən sonra 02:36-da çağırış vərəqəsi tərtib olunub. İlkin müayinə və tibbi müdaxilə nəticəsində vətəndaşa qabırğaarası nevralgiya diaqnozu təyin olunub.
Qeyd edək ki, bu hal təcili tibbi yardım xidmətinə aid olan, eləcə də həyati təhlükə yaradan təxirəsalınmaz vəziyyət kimi qiymətləndirilməyib və təcili tibbi yardım xidmətinin səlahiyyətinə daxil deyil. Təcili yardım xidməti yalnız həyati təhlükə yaradan təxirəsalınmaz tibbi hallarda çağırılmalıdır”.
Tehsil-press.az