
Bu fikirlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”la düşməsinə münasibət bildirib:
“Digər koamndalara baxanda, “Qarabağ”ın qarşısına uyğun rəqib çıxdığını demək olar. Üç il əvvəl “Qarabağ” Bakıda 1:1, Budapeştdə 3:1-lik qələbəylə keçmişdi bu komandanı.
Həmin heyətdəkilərin çoxu indi “Ferentsvaroş”da deyil. Amma Bakıda stadiondakı kabab iyindən şikayətlənən Botka heyətdədir.
Baş məşqçi də artıq Stanislav Çerçesov yox, İrlandiya futbolunun ən məşhur oyunçulalrndan Robbi Kindir.
Altı ay əvvəl “Qarabağ”dan “Ferentsvaroş”a keçən Julio Romaonun sabiq komandasına qarşı oyunu maraq doğururdu. Amma 3 aydır zədəli olan braziliyalı, çətin ki, bu görüşlərdə iştirak etsin.
Bu qış Budapeştdən ayrılan Kadi isə macar publikasına gücünü, bacarığını göstərə bilər.
Beləliklə, “Real Madrid”, “Barselona”, “Liverpul”, PSJ, “Bavariya” və digər “nəhənglər”in kampaniyasında yer almaq üçün bir addım qaldı.
Tam zamanıdır. Bitir bu işi, “Qarabağ”!”.
Tehsil-press.az