Yerli inanclara görə, qadınların adada yaşaması “ruhlara bürünmüş” hesab edilən ilanlarla olan harmoniyanı poza bilər. Buna görə də burada yalnız kişi balıqçılar məskunlaşıb. Təxminən 100 nəfərlik icma balıqçılıqla dolanır.
Adada xüsusilə kobra növləri geniş yayılıb — burada təxminən 1000 kobra yaşayır. Yerli sakinlər ilanları müqəddəs ruhların təcəssümü hesab edir. Adanın ən yaşlı balıqçısı, 97 yaşlı Mzee Emmanuel Kaberenge 35 ildən artıqdır ki, burada yaşayır və ənənələrin qoruyucusu kimi tanınır. O, ilanların zərər görməsinin qəti qadağan olunduğunu bildirərək belə deyib:
“Bir dəfə ilanı evimdən çıxarmağa çalışanda məni sancdı. O gündən anladım ki, ilanları narahat etmək olmaz - hətta onlarla eyni yatağı paylaşmaq lazım gəlsə də”.
Musambwa island; The Reptile Island in Uganda's Lake Victoria - Safari Vacations & Travel Services
Musambwa həm də zəngin quş növləri ilə tanınır. Adada 150 mindən çox quş yaşayır və Afrikanın ən böyük quş koloniyasına ev sahibliyi edir.
Makerere Universitetindən Dr. Jimmy Spire Ssentongo və Uqanda Mədəniyyətlərarası Fondundan Fredrick Nsibambi tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, Musambwa adası böyük turizm potensialına malikdir:
“Musambwa adaları turizm vasitəsilə Uqandanın inkişafına töhfə verə bilər. Quşların müxtəlifliyi və ilanların varlığı ekosistemi unikal edir. Bunun üçün isə gigiyenik şərait və infrastrukturun təmin olunması vacibdir”.
Tehsil-press.az