“Penaltilərdə bəxt rol oynayır” - Prosineçki Qəbələdəki matç haqqında

“Penaltilərdə bəxt rol oynayır” - Prosineçki Qəbələdəki matç haqqında “Fərqli qarşılaşma idi. Tərəflər arasında baş tutan ilk qarşılaşmada “Qarabağ” 4:0 hesabı ilə qələbə qazanmışdı Bu nəticədən sonra cavab qarşılaşmasında ikinci heyətlə oynayacağı gözlənilən idi. “Qarabağ” istənilən halda güclü komandadır və cavab matçında da qalib gəlməklə bunu bir daha sübut etdi. “Qarabağ” istənilən heyətlə nəticə qazanmağı bacaran komandadı. “İnter” isə hazırda “Qarabağ” səviyyəsində deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosinçekiyə məxsusdur. Xorvatiyalı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Əlincə Arena”da baş tutan “Qarabağ” – “İnter” (1-0) matçını tribunadan izləyib. Qarşılaşmanın sonunda açıqlama verən mütəxəssis izlədiyi qarşılaşmadan əlavə, “Qəbələ” və “Neftçi” komandaları arasında baş tutan (0-1) digər yarımfinal oyunu barədə də danışıb. Mütəxəssis Qəbələdə qeydə alınınan nəticənin sürpriz olmadığını vurğulayıb: ”Qəbələdəki oyunu televiziya vasitəsiylə izlədim. Oyunda qeydə alınan nəticə mənim üçün sürpriz olmadı. Ola bilər ki, “Qəbələ” daha yaxşı oynadı və güclü idi. Amma qələbə qazanan tərəf “Neftçi” oldu. Oyunsonrası penaltilər isə artıq lotereyadır”.
Baş tutan hər iki qarşılaşmada penalti epizodları olub. “Qarabağ” – “İnter” oyununda oyun zamanı, Qəbələdə baş tutan qarşılaşmada isə oyunsonrası penalti seriyası olub. Hər iki matçda Azərbaycan milli komandasının üzvləri penalti zərbələrindən yararlana bilməyiblər. Bu barədə danışan mütəxəssis bu ifadələrə yer verib: “Penaltilər istənilən halda lotereyadır. Penalti epizodu zamanı bəxt amili böyük rol oynayır. Ötən gün Çempionlar Liqasında dünyanın ən yaxşı futbolçuları şanslarından yararlana bilməyiblər. Bu hal hər yerdə baş verə bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər