Qara pencək və şəxsi məktub: Zelenski Vaşinqtonda "sakit qələbə" qazandı

Qara pencək və şəxsi məktub: Zelenski Vaşinqtonda Avqustin 18-də Vaşinqtonda keçirilən sammitdən sonra Putin gözlənilmədən çətin vəziyyətə düşüb.

Bunu İngiltərənin nüfuzlu “The Telegraph” qəzeti yazıb.

Bildirilib ki, Ukrayna prezidenti Vladimir Zelenski və müttəfiqləri Vaşinqtonda ABŞ prezidenti Donald Trampla keçirilən görüşdə mövqelərini bərpa edərək, Rusiya lideri Vladimir Putini gözlənilməz vəziyyətdə qoyublar.

Zelenski sonuncu dəfə fevral ayında Ağ Evdəki Oval kabinetdə olarkən onun geyimi amerikalıları qəzəbləndirmişdi. Lakin bu dəfə o, aprel ayında Papa Fransiskin dəfn mərasimində etdiyi kimi, qara pencək geyinərək, hörmət jesti göstərə bilib.

"Tramp onu təriflədi və açıq-aydın sevindi. Üstəlik sonuncu dəfə ona geyiminə görə kobud şəkildə hücum edən müxbir yeni görünüşü ilə bağlı kompliment deyəndə, Zelenski vəziyyəti ləyaqətlə idarə etdi. "Siz eyni kostyumdasınız",- deyə o, tərksilahedici gülümsədi: "Mən dəyişmişəm, siz yox”. Hamı gülüşdü, deyəsən müxbir “bıçaq zərbəsin”i hiss etmədi, amma mesaj hamıya aydın idi”, – qəzet yazır.

Qeyd olunur ki, dünənki sammitdə Zelenski və Avropa liderləri düzgün mövqe seçmişdilər: Trampa lazım olan hörmət və ehtiramı göstərmək, eyni zamanda rəqibə təzyiq edən mövqe tutmaq.

Başqa bir üsuldan da istifadə olunub: Zelenskinin həyat yoldaşının məktubunu ABŞ-ın birinci xanıma təhvil vermək. Bu, ABŞ-ın birinci xanımı Melaniyanın Putinə uşaqları qorumaq üçün müraciətinə işarə idi.

"Bu, sizin üçün deyil, həyat yoldaşınız üçündür",- deyən Ukrayna lideri məktubu səmimi qəbul edən Trampa verib.

"Zelenski həm konsepsiyada, həm də icrada mükəmməl idi: Psixoloji nöqteyi-nəzərdən bu, açıq-aydın Trampı öz tərəfinə çəkmək məqsədi daşıyırdı", - nəşr yazır.

“The Telegraph” qeyd edir ki, Alyaska sammiti ilə müqayisədə dünənki ümumi mənzərə Ukrayna üçün mükəmməl olmasa da, Avropa alyansı mühüm strateji nailiyyətlər əldə etdi.

Görünür, Zelenski ABŞ prezidentini sülhə mane olmaqdansa, həqiqətən də bunda maraqlı olduğuna inandırıb, çünki Tramp onu keçən dəfə haqsız yerə ittiham etmişdi.

Tramp həmçinin, Ukrayna və müttəfiqlərinin növbəti qələbəsi olan Zelenski ilə Putin arasında görüş üçün hazırlıqlara başladığını təsdiqləyib.

“Görüş Putinin Zelenskinin legitim dövlət başçısı statusunu səssizcə tanınması demək olardı ki, bu da rusların qətiyyən xoşuna gəlməyəcək”.

Qəzetin yazdığı kimi, bazar ertəsi əslində Ukrayna üçün sakit diplomatik qələbə kimi qeyd oluna bilər.

"Putin həftələr ərzində ilk dəfə təzyiq altında ola bilər. Əgər o, sövdələşməni və ya hər hansı gələcək danışıqları pozmaqla hakimiyyətinə edilən bu hücumlara cavab verərsə, özünü günahkar tərəfə çevirə bilər. Bu, Ağ Evin müharibəni bitirmək yolunda ümidsizliyə qapılmasına səbəb ola bilər", - “The Telegraph” yazır.

Ukrayna prezidenti Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşü zamanı Avropa fondlarından istifadə etməklə 100 milyard dollara Amerika silahlarının alınmasına dair saziş bağlamağı təklif edib. Bunun müqabilində Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanəti almaq istəyir. Bundan əlavə, Kiyev Vaşinqtona Ukrayna şirkətlərinin iştirak edəcəyi pilotsuz təyyarələrin istehsalına dair 50 milyard dollarlıq müqavilə bağlamağı təklif edir. Bu barədə “Financial Times” müvafiq sənədi aldıqdan sonra öyrənib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Vladimir Zelenski və digər Avropa liderləri arasında ABŞ prezidenti Donald Trampla söhbət çox ətraflı və səmimi olub.

Yermak əlavə edib ki, Zelenskinin haqlı olaraq qeyd etdiyi kimi, bu, ABŞ prezidenti ilə ən yaxşı görüşdür.

Həmçinin, Yermakın sözlərinə görə, Tramp şəxsən Ukraynanın etibarlı təhlükəsizlik zəmanəti almalı olduğunu təsdiqləyib. O, əmin edib ki, komandalar sabahdan etibarən bunun üzərində işləməyə hazırdırlar.

Tehsil-press.az

Oxşar xəbərlər