Göyərçinin ayağında yerli dəmiryol vağzalını partlatmaqla hədələyən məktub olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, quş avqustun 18-də axşam saatlarında Pakistanla sərhəd xəttinin yaxınlığında yerləşən Katmariya ərazisində tutulub.
Məktubda Urdu və ingilis dillərində olan qeyddə "Kəşmir Azadlığı" və "Zaman gəldi" sözləri, həmçinin partlayıcı qurğudan istifadə edilməklə stansiyanın bombalanması ilə bağlı xəbərdarlıq olub.
Bundan sonra təhlükəsizlik qüvvələri təhlükəsizlik tədbirlərini gücləndirib: vağzalın və dəmiryol relslərinin mühafizəsi üçün kinoloqlar və istehkamçılar cəlb olunub, polis yüksək hazırlıq vəziyyətinə gətirilib.
Mütəxəssislər hesab edirlər ki, göyərçin bu cür mesajları çatdırmaq üçün xüsusi təlim keçib. Onlar hakimiyyətin belə hallara son dərəcə ciddi yanaşmağa məcbur olduğunu vurğulayırlar.
Tehsil-press.az