Qazaxıstanda atışma, şəhər sakinlərinə xəbərdarlıq edildi

Qazaxıstanda atışma, şəhər sakinlərinə xəbərdarlıq edildi Polisə silahlı basqın edənlərdən birini saxlamaq mümkün olub.

Qazaxıstanda baş verən silahlı insidentdən sonra yaralanan 7 polis reanimasiyaya yerləşdirilib. Tehsil-press.az-ın məlumatına görə, bu barədə "Tengrinews.kz" saytı xəbər verir. Məlumata görə, dinc sakinlər arasında ölən və ya yaralanan olmayıb.
Ölü sayı ilə bağlı təzadlı məlumatlar səslənir. "Reuters" iki polisin qətlə yetirildiyini yazıb. "İnterfaks" isə ölən 3 nəfərdən ikisinin polis olduğunu qeyd edib. Yerli mətbuat bir nəfərin öldüyünü bildirir.
Basqınçılar bir neçə nəfər olub. Onlardan birini saxlamaq mümkün olub.
Şəhərdə terror təhlükəsi səviyyəsinin ən yüksək dərəcəsi (qırmızı) elan edilib.
Almaatının dəmiryol vağzalı şəhərdə elan edilən antiterror əməliyyatları çərcivəsində xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Yerli mətbuatda isə vağzal binasında partlayıcı olması barədə məlumat daxil olduğu üçün polisin hadisə yerinə cəlb edildiyi bildirilir.
Səhər saatlarında saqqalı, qara geyimli naməlum şəxs avtomat silahdan Daxili İşlər Nazirliyinin Almanı rayonundakı idarəsinə, polis əməkdaşlarına tərəf atəş açıb. Bundan sonra o yaxınlıqdakı taksi sürücüsünün maşınını əlindən almağa qaçmağa çalışıb. Lakin sonradan silahdan atəş aça-aça küçə ilə qaçmağa başlayıb.
Qazaxıstanın Almaatı şəhərində polis və naməlum şəxslər arasında atışma olub. ANS PRESS-in məlumatına görə, şahidlər iddia edir ki, atışmanın iştirakçılarından biri avtomobilin içində qan içində, digər ikisi isə yolun ortasında uzanıblar. Hadisə şəhərin Almalı rayonunda qeydə alınıb.
Atışma zamanı kimin yaralandığı açıqlanmır.
Polis vətəndaşlara evlərini tərk etməməyi və hadisə rayonuna gəlməməyi tövsiyyə edir. "Bir neçə saat gözləmək lazımdır - burada əməliyyatlar aparılır" - hüquq mühafizə orqanlarından bildirilib.
Hazırda Qazaxıstanın rəsmi qurumları bu məlumatı şərh etmirlər.


Tehsil-press.az

Oxşar xəbərlər