Keçmiş hərbçi müraciətində nazirlə görüşmək istədiyini qeyd edib.
"Azərbaycan respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov cənabları.Avqustun 18 -də sizin adınıza göndərdiyim təcili teleqramda,sizin ayın 22 -də Xaçmazda olacaq qəbulunuzda məni dinləməyinizi xahiş etmişdim.Ancaq xahişimə heç bir reaksiya verilməyib.Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi,məni qəbul etmənizi xahiş edirəm.Umid edirəm ki,dövlətinə və xalqına təmənnasız xidmət edən müharibə qadınının çağrısına cavab verəcəksiniz",-deyə keçmiş döyüşçü bildirib.
Məlumat üçün qeyd edək ki, ixtisasca ingilis dili müəlliməsi olan Sabirə Mahmudova I Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmış,123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş təlimatçısı kimi bir çox ərazilərdə keçirilmiş əməliyyatlarda iştirak edib.O,həmçinin həmin illərdə baş vermiş siyasi və hərbi proseslərdə iştirak etmiş şəxs kimi tanınır.
Tehsil-press.az