Azərbaycan bu ölkədə səfirlik açır

Azərbaycan bu ölkədə səfirlik açır Azərbaycan Bəhreyninin Manama şəhərində səfirlik təsis edəcək.

Sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Gündəliyə əsasən, iclasda “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Qanun layihəsi müzakirə olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər