Gizli eşq daha bir şirkət rəhbərinin işinə son qoydu

Gizli eşq daha bir şirkət rəhbərinin işinə son qoydu İsveçrənin qida nəhəngi “Nestlé” şirkətinin CEO-su Loran Freksi işdən azad edilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 63 yaşlı Freksin etik kodeksləri pozaraq şirkətin əməkdaşı ilə eşq münasibəti yaşadığı üzə çıxıb.

Məlumata görə, onun işdən çıxarılmasından sonra şirkətin səhmləri İsveçrənin SMI indeksində 1,8 faiz ucuzlaşıb.

Freksin yerinə daha əvvəl şirkətin vitse-prezidenti vəzifəsində çalışmış Filip Navratil təyin edilib.

Xatırladaq ki, oxşar hadisə ötən ay “Astronomer” texnologiya şirkətində baş vermişdi. Coldplay konsertində gizli münasibətləri ifşa olunan şirkətin direktoru Endi Bayron və HR rəhbəri Kristin Kabot istefa vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər