Esmira Ağayevaya yeni vəzifə verildi

Esmira Ağayevaya yeni vəzifə verildi Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib.

Direktor bununla bağlı paylaşım edib.

O qeyd edib ki, 5 il çalışdığı məktəbdən ayrılır: "Yeni təyinatla başqa bir məktəbdə çalışmağa başlayıram. Bu qərar mənimçün həm kədərlidir, ona görə ki, sizdən ayrılıram. həm də sevinclidir, çünki yeni məktəbdə yeni uğurlar üçün yola çıxıram".

Qeyd edək ki, E.Ağayeva paytaxtın ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Xatırladaq ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva 2020-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək 20 nömrəli məktəb-liseyə rəhbərlik edib. O, daha əvvəllər isə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Esmira Ağayevaya yeni vəzifə verildi


Tehsil-press.az

Oxşar xəbərlər