Bakının Xətai rayonunda yerləşən 25 nömrəli məktəbdə gərginlik yaşanır.
Oxu24.com xəbər verir ki, gərginliyə səbəb məktəb direktoru Fəridə Şərifovanın işdən azad edilməsi və məktəbin Nəzakət Əsgərovaya həvalə edilməsi olub.
Məlumata görə direktoru işdən azad edilən 25 nömrəli məktəb onunla qonşu ərazidə yerləşən liseyə birləşdirilir. Həmçinin yeni direktor bildirib ki, 25 nömrəli məktəbin rus bölməsi ləğv ediləcək və dərsə hazırlıq səviyyəsi zəif olan şagirdlər məktəbdən uzaqlaşdırılacaq.
(Yeni təyin edilən direktor)
Yeni direktor Nəzakət Əsgərovanın bu sözlərindən sonra məktəbdə ciddi gərginlik yaşanıb. Valideynlər və şagirdlər kütləvi şəkildə bu qərara etiraz üçün məktəbin qarşısına toplaşıb. Əraziyə hətta polis əməkdaşları da cəlb olunub.
Üç iyun tarixində kütləvi şəkildə valideynlər məktəbin qarşısına yığışıblar və dəsri boykot ediblər, müəllimlər dərsə girməyib.
Son zənglə bağlı məzunlara bildirilib ki, bu il son zəng humanitar liseylə birgə olacaq. Bu qərar da şagirdlər narazı salıb. Onların 11 il müddətdə təhsil aldıqları məktəbdə son zəngin keçirilməsinə icazə verilməməsi əlavə narazılığa səbəb olub.
Oxu24.com işdən azad edilən direktor Fəridə Şərifova ilə əlaqə saxlayıb.Keçmiş direktor bildirib ki, qeyd edilən qərarlar onu da şoka salıb. İşdən azad edilən direktor hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirib.
(İşdən azad edilən direktor)
"Mən 5 il əvvəl bu məktəbə direktor təyin edilmişəm.May ayının 7-də monitorinq keçirildi və mənim işdən azad edildiyim bildirildi.Mənim iştirakım olmadan qərar verildi və işdən azad edildim. Üstündən 1 həftə keçmədən bildirildi ki, məktəbə yeni direktor bizimlə qonşu ərazidə yerləşən liseyin direktoru Nəzakət Əsgərova təyin edilib. Hadisələrin bu sürətlə baş verməsi bizdə müəyyən şübhələr yaratdı. Bundan əlavə mənim 17 illik pedaqoji fəaliyyətimin üzərindən də xətt çəkdilər.Mənim müəllim kimi məktəbdə dərs deməyim də ləğv edildi.Qeyd olunan məsələlərlə bağlı məhkəməyə müraciət edəcəyəm",-deyə işdən azad edilən direktor bildirib.
Tehsil-press.az