
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülşad Məmmədova mövzu ilə bağlı açıqlamasında bildirib ki, hazırda müşahidə edilən hava şəraiti payız mövsümü üçün tamamilə normaldır:
“Sentyabr ayı artıq payız fəslinin başlanğıcıdır. Bu dövrdə havanın sərinləşməsi, küləklərin güclənməsi və yağıntıların müşahidə olunması təbii prosesdir. İnsanlar bunu bəzən qışın sərt keçəcəyi ilə əlaqələndirsələr də, belə nəticə çıxarmaq elmi baxımdan doğru deyil”.
Onun sözlərinə görə, payız aylarında müşahidə edilən yağıntılar və temperaturun enməsi qışın proqnozlarına birbaşa təsir etmir:
“Qış fəsli ilə bağlı dəqiq məlumat yalnız noyabr ayının sonlarında verilə bilər. Hazırda müşahidə edilən hava şəraiti isə təbiətin normal dövriyyəsinin bir hissəsidir”.
Tehsil-press.az