Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Artıq bir həftədən yaxındır ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib.
May ayında havaların isti keçməsini gözləyən insanlar bu hava şəraitinə təəccübənir. Yay fəsli ərəfəsində soyuq keçən aylara xarakterik iqlim şəraiti səyahət etmək istəyən insanlara da əngəl olub. Digər tərəfdən havaların qeyri-sabit keçməsi mövsüm tərəvəz və meyvələrinin yetişməsinə də öz təsirini göstərib. Bəs bu hava şəraiti nə vaxta qədər davam edəcək?
Məsələ ilə bağlı Meteoroloq Cavidan Əliyev açıqlama verib.
O hava şəraitinin yağışlı keçməsinin səbəblərinə aydınlıq gətirib:
"Bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti , temperaturun iqlim normasından bir qədər aşağı düşməsi yüksəklik siklomu ilə bağlıdır. Artıq sabahdan hava bir qədər mülayimləşəcək. Lakin ayın 10-dan şimal və qərb rayonlarından başlayaraq yenidən yağış yağacaq, şimşək çağacağı gözlənilir. Hətta bəzi ərazilərər dolu düşəcək. Əslində ölkə ərazisində may ayında anormal hava şəraiti müşahidə olunub. Bundan əvvəlki illərdə də belə hava şəraiti olub. Lakin bu şəkildə tez-tez olmayıb. Bu halların sayı qlobal istiləşməyə görə artıb. Artıq üçüncü ildir ki, may ayında anormal soyuq və yağıntılı hava şəraiti müşahidə olunur".
Tehsil-press.az