Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR - NƏ QƏDƏR ARTACAQ?

Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR - NƏ QƏDƏR ARTACAQ? Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 15 aprel 2019-cu il tarixli sərəncamına və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 25 fevral 2019-cu il tarixli fərmanına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilib.

Bəzən buna yanlış olaraq müavinət də deyilir. Bu məbləğin artırılıb-artırılmaması vaxtaşırı müxtəlif səviyyələrdə müzakirə mövzusuna çevrilir. Xalq arasında Vətən uğrunda döyüşən adamlara 80 manat təqaüd verilməsi birmənalı qarşılanmır.

Bu məsələ ilə bağlı Milli Məclisin deputatları Siyavuş Novruzova, Fazil Mustafaya və Aydın Hüseynova müraciət edib.

Aydın Hüseynov bildirib ki, müharibə veteranları 80 manatdan əlavə müxtəlif güzəştlərdən də istifadə edirlər, dövlət onların pensiya təminatını diqqətdə saxlayır, mənzillə, avtomobillə təmin edir.

Deputat onu da qeyd edib ki, hələ dövlət büdcəsinin tərkibi açıqlanmayıb. Dövlət büdcəsi müzakirə edilən vaxt sosial xərclərə ayrılan maddi vəsait də bilinəcək və o zaman müharibə veteranlarına verilən təqaüdün artırılıb-artırılmaması da məlum olacaq.

Mövzu ilə bağlı müraciət etdiyimiz digər millət vəkilləri-Siyavuş Novruzov və Fazil Mustafaya etdiyimiz zənglər təəssüf ki, cavabsız qaldı. Siyavuş müəllimin hətta köməkçiləri ilə bir neçə dəfə danışıb mövzunun nə olduğunu da bildirmişdik. Öz mobil nömrəsinə zəng çatmırdı. Dedilər deputat tədbirdədir, sonra geri dönüş ediləcək. Bir neçə saat yenə əlaqə saxladıq. Yenə eyni cavab. Sonrakı zənglərə isə ümumiyyətlə cavab verilmədi. Fazil Mustafa da həmçinin. Çox məyusedici haldır. Xalqın seçdiyi deputat xalqla məsafə saxlayır. Jurnalistlə söhbətdən yayınır. Siyavuş müəllim də, Fazil müəllim də həmişə parlament müzakirələrində fəallıqları ilə seçilirlər. Bu mövzu haqqında da Milli Məclisdə danışıb, artımın vacibliyini deyiblər. Biz də buna görə istədik ki, fikirlərini bizimlə də bölüşsünlər. Yəqin özlərini bizə yaraşdırmırlar. Eybi yox. Xalqın gözü tərəzidir.

Tehsil-press.az

Oxşar xəbərlər