Müharibə veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR

Müharibə veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata keçiriləcək. Bu paketə bir sıra müavinətlərin artırılması da daxildir.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında danışılıb.

İclasda çıxış edən deputat Əli Məsimli bildirib ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır: “Bu xeyli dərəcədə böyük gözlənti yaradıb. Hesab edirəm ki, bu istiqamətdə addımın atılması böyük məmnunluq yaradacaq”.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir. Bu məbləğ hazırda 80 manat təşkil edir./BAKU.WS

Tehsil-press.az

Oxşar xəbərlər