ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 30-da Ağ Evin Oval Ofisindən bəyanatla çıxış edəcək.
Prezidentin planlaşdırdığı bəyanatın mövzusu açıqlanmayıb. Bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin dərc etdiyi məlumatda deyilir.
Trampın Bakı vaxtı ilə saat 19:00-da bəyanatla çıxış edəcəyi gözlənilir.