ABŞ-ın prezidenti Donald Tramp iyulun 30-da İtaliyanın baş naziri Cuzeppe Konteni Ağ Evdə qəbul edəcək. Görüş zamanı ikitərəfli münasibətlər və qlobal münaqişələrin həlli məsələləri müzakirə ediləcək. Bu haqda çərşənbə günü Ağ Evin mətbuat xidməti xəbər verib.
"Birlikdə, ABŞ və İtaliya, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini və qlobal münaqişələrə qarşı birgə mübarizə imkanlarını, həmçinin Atlantik okeanın hər iki tərəfində iqtisadi rifahın təmin edilməsi məsələlərini nəzərdən keçirəcək", - mətbuat xidmətinin xəbərində deyilir. Qeyd edək ki, baş nazir və Ağ Evin rəhbəri əvvəlcə təklikdə görüşəcək, daha sonra geniş müzakirələr aparacaqlar.
Tehsil-press.az