Sərnişinlərin yarım saat gözlədiyi marşrut avtobusu ilə bağlı AYNA-dan QƏRAR

Sərnişinlərin yarım saat gözlədiyi marşrut avtobusu ilə bağlı AYNA-dan QƏRAR 71 nömrəli avtobus marşrutu ilə bağlı sərnişinlərin şikayətləri artıb.

Müraciət edən sərnişinlər bildirirlər ki, avtobusu yarım saatdan çox gözləməli olurlar. Sürücülər isə gecikməni xəttə 14 avtobus ayrılmalı olduğu halda 7 avtobusun fəaliyyət göstərməsi ilə əsaslandırırlar.

Məsələ ilə bağlı cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib.

"AYNA tərəfindən daşıyıcılara avtobus parkının yenilənməsi, nizamlı sərnişindaşıma fəaliyyətinin təqdim edilməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir.

Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətləri müsabiqəyə çıxarılır. 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib", - deyə məlumatda qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər