Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi

Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi Yeni aparılmış tədqiqat göstərir ki, səhər erkən saatlarda yemək yalnız sağlam həyat tərzi üçün faydalı deyil, həm də ömrü uzada bilər. Mütəxəssislər bildirir ki, günün ilk saatlarında yemək yeyən şəxslər, gec saatlarda yemək yeyənlərlə müqayisədə daha uzun yaşama ehtimalına malikdir.

İngiltərədə təxminən 3.000 yetkin insan arasında aparılan uzunmüddətli araşdırmada müəyyən edilib ki, səhər yeməyini hər saat gecikdirmək ölüm riskini 8-11% artırır. Xüsusilə yaşlılarda səhər yeməyinin gecikməsi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.

Harvard Tibb Fakültəsinin qidalanma üzrə mütəxəssisi Dr. Hassan Dashti qeyd edir ki, səhər yeməyi saatı, xüsusilə yaşlı insanların ümumi sağlamlıq vəziyyətini izləmək üçün praktik və təsirli göstərici ola bilər.

Gec səhər yeməyi yeyənlərdə iştah itkisi, halsızlıq və müxtəlif sağlamlıq problemlərinin yaranma riski daha yüksək olur. Lakin ekspertlər bildirir ki, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsi yaratmır, daha çox gizli sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Gastroenterologiya üzrə mütəxəssis Prof. Dr. Vedat Göral isə əlavə edir ki, səhər saat 6-8 arasında yeyilən yemək infarkt, bəzi xərçəng növləri və digər ciddi xəstəlik riskini azalda bilər. Onun sözlərinə görə, səhər yeməyi yalnız bir yemək deyil, həm də bədən biologiyasının düzgün işləməsini təmin edən mexanizmdir. Bu da həm həyat keyfiyyətini artırır, həm də ömrü uzadır.

Səhər erkən saatlarda yeyilən yemək bədən ritminə müsbət təsir göstərir, həm fiziki, həm də zehni sağlamlığı dəstəkləyir və gün ərzində daha enerjili olmağa kömək edir.

Tehsil-press.az

Oxşar xəbərlər