Düzgün qidalanma gün ərzində yeyəcəyiniz ərzaqları həzm olma prinsipinə görə düzgün vaxtlarda bölüşdürmək deməkdir. Səhərin qidası ayrı, axşamın yeməyi ayrıdır.
Hər ərzağın uyğun saatını təqdim edir:
Qəhvə
Filmlərdəki kimi bir fincan qəhvə ilə günə başlamaq filmlərdə gözəl görünə bilər, real həyatda isə sizə mədə yanğısı, qastrit, bağırsaq qıcıqlanmasından başqa bir şey verməyəcək.
Qəhvə axşamüstü və axşam, yuxudan 2-3 saat əvvəl içilə bilər. Bu, günboyu yığılmış neqativi aradan qaldırıb, əhvalı düzəldəcək.
Yağlı ət
Ət yeməklərinin həzmi üçün 4-5 saat lazımdır. Axşam ət yemək yuxunu pozur. Proteinlə zəngin qidalar günorta yeyilməlidir. Bu, həm də sizin iş gücünüzü artırar.
Sıyıqlar
Bütün sıyıqlar, xüsusən yarma sıyıqları səhər yeyilməlidir. O, mədənin selikli qişasını örtür, müdafiə edir, turşuluqdan qoruyur. Həmçinin orqanizmi faydalı elementlərlə təmin edir.
Yumurta
Gün ərzində toxluq hissi yaradır. Deməli, səhərlər, ən geci günaşırı saat 11-12-də yeyilə bilər. Amma yaxşı olar ki, suda bişmiş yumurta yeyəsiniz.
İsti şorbalar
Sovet dövründən nahara ilk olaraq şorba verilməsi yaxşı ənənədir. Amma dietoloqlar şorbanın axşam yeyilməsini məsləhət görür. Çünki sakitləşməyə, yaxşı yatmağa kömək edər. Həm də axşama şorba yemək piylənmə yaratmır. Lakin, noxud, mərci, paxlalı şorba olmamalıdır.
Sitrus meyvələri
Acqarına, səhər yemək qəti olmaz. Ən yaxşı qəbul saatı gündüz 11-12, 3-4 arasıdır.
Çörək
1 dilim səhər, bir dilim də günorta yemək bağırsaqlar üçün yaxşıdır, həm də enerji verir. Axşama isə qaba undan makaron, pasta yeyə bilərsiz.
Tərəvəzlər
Həm salatları, həm qarnir kimi bişmiş tərəvəz günorta və axşam 6-a kimi yeyilə bilər. Səhər və gecə saatlarında tərəvəzlər məsləhət deyil.
Tehsil-press.az