Bakı Dövlət Universitetinin müəllimi İsveçrə-Azərbaycan biznes forumunda iştirak edib

Bakı Dövlət Universitetinin müəllimi İsveçrə-Azərbaycan biznes forumunda iştirak edib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadə İsveçrənin Vintertur şəhərində keçirilən İsveçrə-Azərbaycan biznes forumunda iştirak edib. M.Quluzadə forumda “Azərbaycanda investisiyaların hüquqi tənzimlənməsi və vergitutma” mövzusunda təqdimatla çıxış edib. Məhəmməd Quluzadə təqdimatında Azərbaycan Respublikasında xarici investisiyaların hüquqi tənzimlənməsi, xarici investorlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlar, eləcə də xarici biznesin qeydiyyatı, vergitutma və digər məqamlara dair potensial xarici investorlara ətraflı məlumat verib.
Qeyd edək ki, İsveçrə-MDB Birgə Təcarət Palatasının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı, İsveçrənin Azərbaycan Respublikasında səfiri Filip Stalder, eyni zamanda aparıcı İsveçrə şirkətlərinin rəhbərləri iştirak edib.

Mətbuat və informasiya şöbəsi


Bakı Dövlət Universitetinin müəllimi İsveçrə-Azərbaycan biznes forumunda iştirak edib

Oxşar xəbərlər