İran filologiyası kafedrasının əməkdaşları şair Əbülqasim Firdovsinin anım mərasimində

İran filologiyası kafedrasının əməkdaşları şair Əbülqasim Firdovsinin anım mərasimində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə məşhur İran şairi Əbülqasim Firdovsinin anım mərasimi keçirilib. Tədbirdə Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, baş müəllim, fakültənin bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə Əbülqasim Firdovsinin həyat və yaradıcılığına dair məruzə ediblər. Bundan əlavə, mərasimdə Mədəniyyət Mərkəzinin müdiri İbrahim İbrahimi, İran İslam Respubklikasının Mədəniyyət və İslami Əlaqələr təşkilatının sədri Əbuzər İbrahim Türkəman, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin məruzələri dinlənilib.

Mətbuat və informasiya şöbəsi


İran filologiyası kafedrasının əməkdaşları şair Əbülqasim Firdovsinin anım mərasimində

Oxşar xəbərlər