“Kimisə qısqanıb gecələr yata bilməyim?”

“Kimisə qısqanıb gecələr yata bilməyim?” Xalq artisti Zülfiyyə Xanbabayeva qısqanclıq hissinin olmadığını bildirib.

Bu barədə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb:

“Mən düşünürəm ki, hamımızın aramızda sağlam rəqabət var. Qısqanclıq başqa şeydir. Çünki hər kəsin öz yolu, öz dəst-xətti var. Qısqanclıq edib neynəyəcəm? Mən düşünürəm ki, qısqanclıq etsəm, özümə ziyan edərəm. Çünki qısqanclıq insanın həm xasiyyətinə, həm görünüşünə, həm də sağlamlığına mənfi təsir göstərir. Mən nəyə görə özümə mənfi təsir göstərəcək şey edim, kimisə qısqanım gecələr yata bilməyim? Həm də çatışmayan nəyim var ki, qısqanclıq edim? Özünə güvənən insan düşünürəm ki, o hissləri yox edə bilər. Ancaq rəqabət əlbəttə ki, var”.

Tehsil-press.az

Oxşar xəbərlər