Yasamalda qısqanc ər arvadını qətlə yetirdi

Yasamalda qısqanc ər arvadını qətlə yetirdi Bakıda qətl törədilib.

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 43 yaşlı Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib. Hadisəni törədən Ə.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Təhsil-press.az

Oxşar xəbərlər