“Gecəyə sevgilisi ilə gəlib, qısqanmıram”

“Gecəyə sevgilisi ilə gəlib, qısqanmıram” Ötən gün Türkiyədə Qızıl Marka Mükafat Mərasimi keçirilib. Müğənni Rafet El Romanın səhnəyə çıxdığı gecəyə məşhur sənətçi ilə evliliyi 20 il əvvəl bitən model, aktrisa Tuğba Altıntop da qatılıb.
Mərasimdə Altıntop diqqətçəkən açıqlamalar verib. Belə ki, o, Rafetin mərasimə sevgilisi ilə qatıldığını deyib: “Bu yaxınlarda Almaniyada bir ay idi birlikdə idik, amma uzun müddətdir onun konsertinə getməmişəm. Yenidən izləmək yaxşı olardı. Məncə, o, sevgilisi ilə gəlib. Buna görə qısqanclıq hiss etmirəm. Düzü, onu tanımıram, ancaq adını bilirəm. Bilmirəm nə olacaq, bəlkə də evlənəcəklər. Məncə, ən önəmlisi onun xoşbəxtliyidir”.
Altıntop qeyd edib ki, sevgilisi yoxdur və özünü belə daha yaxşı hiss edir.
Keçmiş xanımının “Rafet bəylə vaxt keçiririk. Məni heç vaxt tək qoymur” açıqlamasına münasibət bildirən sənətçi, “Onsuz da belə olmalıdır. Düşünürəm ki, uşaqları olan hər kəs yaxşı anlaşmalıdır. Əgər bir-birinizi incitsəniz, övladlarınızı da incidəcəksiniz. Uşaqları sevindirmək istəyirsinizsə, bir-birinizə hörmət etməlisiniz” deyib.
Müğənni daha sonra tədbirə sevgilisi ilə qatılmadığını, hətta sevgilisinin olmadığını dilə gətirib.
Qeyd edək ki, 1996-cı ildə “Miss Türkiyə” seçilən Tuğba Altıntop eyni il Rafet El Romanla ailə həyatı qurub. Onların bu evlilikdən Su Elnur (23 yaş) və Şevval Su (20 yaş) adlı iki qızı dünyaya gəlib. Cütlük 2003-cü ildə boşanıb.

Tehsil-press.az



Oxşar xəbərlər