Qazaxıstanda atışma: Bir neçə nəfər öldürülüb, onlarla yaralı var (Video izlə)

Qazaxıstanda atışma: Bir neçə nəfər öldürülüb, onlarla yaralı var (Video izlə) Cinayətkarların üçü güllələnib, daha biri isə saxlanılıb.

Qazaxıstanın Aktobe şəhərində naməlum şəxslərin hərbi hissəyə hücumu zamanı iki hərbi qulluçu öldürülüb. Bundan əvvəl cinayətkarlar iki silah mağazasını qarət ediblər və bir satıcını qətlə yetiriblər.
Bu barədə “Tengrinews” nəşrinə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev deyib.
“Aktobe şəhərində naməlum şəxslər “Pallada” silah dükanına hücum edərək satıcını öldürüblər, daha bir nəfər isə yaralanıb. Yaraqlılar şəhərdə daha bir silah mağazasını qarət etdikdən sonra Milli Qvardiyanın hərbi hissəsinə hücum çəkiblər. Atışma zamanı bir zabit və bir müqaviləli hərbi qulluqçu öldürülüb. Doqquz hərbiçi yaralanıb”, – Sadubayev bildirib.
Onun sözlərinə görə, hücum edən şəxslərdən üçü güllələnib, daha biri isə saxlanılıb.
“Hazırda bir neçə cinayətkar mühasirəyə alınıb, daha bir neçə yaraqlı isə qaçmağa müvəffəq olub”, – o deyib.
Qeyd olunur ki, atışma şəhərin bir neçə rayonunda eşidilib. Ümumilikdə atışma zamanı 20 şəhər sakinin xəsarət aldığı bildirilir.






Tehsil-press.az

Oxşar xəbərlər