Artıq bir sıra ekran işlərində müəyyən dəyişikliklər edilib.
İlk addım “Yeraltı” serialında atılıb. Belə ki, “YouTube”da yayımlanan 12-ci bölümün ilk fraqmenti platformadan silinib. Həmin fraqmentdə yer alan bərbərin vurulması səhnəsi treylerdən çıxarılaraq yenilənmiş versiyada təqdim olunub.
Qeyd edək ki, hazırda Türkiyədə mafiya mövzulu “Yeraltı” və “Eşref Rüya” serialları reytinq siyahılarında öndə yer alır. Bununla yanaşı, “Uzak Şehir”, “Halef”, “Sevdiğim Sensin”, “Çirkin”, “Güller ve Günahlar”, “A.B.İ”, “Arka Sokaklar”, “Teşkilat” və “Taşacak Bu Deniz” kimi ekran işlərində də silahlı qarşıdurma və zorakılıq səhnələrinin çoxluğu diqqət çəkir.
Rəsmi açıqlamalara əsasən, bundan sonra bu tip məzmunların daha ciddi şəkildə araşdırılması nəzərdə tutulur. Eyni zamanda sözügedən hadisələr fonunda “Yeraltı” serialının bu həftə planlaşdırılan yeni bölümü də yayımlanmayıb.
Tehsil-press.az








