Pakistanın JF-17 qırıcıları Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək

Pakistanın JF-17 qırıcıları Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "JF-17 Thunder" tipli döyüş təyyarələri Bakıda keçiriləcək hərbi paradda nümayiş olunacaq.

Bu barədə Pakistanın informasiya və teleradioyayım naziri Attaulla Tarar açıqlama verib.

Nazirin sözlərinə görə, paradda yalnız qırıcı təyyarələr deyil, Pakistan Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək.

“Yaşasın Pakistan və Azərbaycanın dostluğu!” — deyə o vurğulayıb.

Qeyd edək ki, "JF-17 Thunder" qırıcıları Pakistan və Çin tərəfindən birgə istehsal olunur və hazırda Pakistan Hərbi Hava Qüvvələrinin əsas döyüş aviasiya platformalarından biridir. Paradda həmin təyyarələrin uçuş nümayişi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər