Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.
Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.
Tehsil-press.az





