Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın yeni seçilən Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Prezident Ərdoğan danışıq zamanı Şahbaz Şərifə Pakistan parlamentinin qərarı ilə Baş nazir seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Seçkinin nəticələrinin dost və qardaş Pakistan xalqı üçün xeyirli olmasını arzulayan Prezident Ərdoğan, Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələri ilə bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, üzləşdiyi bütün çətinliklərə və maneələrə baxmayaraq Pakistan xalqının demokratiya və qanunun aliliyindən dönmədiyini bir daha nümayiş etdirdiyini dilə gətirib.
Prezident Ərdoğan Türkiyə olaraq Pakistana indiyə qədər göstərdikləri hər cür dəstəyi bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
Tehsil-press.az