Azərbaycan Dillər Universiteti, Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərinin ümumi təhsil müəssisələri arasında keçirilən “Yaz həyəti” layihəsi çərçivəsində “Ən nümunəvi ali məktəb həyəti” nominasiyasının qalibi elan olunaraq diplomla təltif edildi. Diplom və hədiyyələr Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova təqdim olundu.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusovun rəhbərliyi altında ADU tələbələri Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən “Yaz həyəti" layihəsi çərçivəsində universitetin hər üç binasının, o cümlədən yataqxanasının həyətində ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlərdə könüllü olaraq fəaliyyət göstəriblər.
“Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədi ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumi təhsil müəssisəsini əhatə edib.
Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahəsinin təmizlənməsi, yeni yaşıllıqların salınması, ağacların gövdələrinin ağardılması kimi işlər nəzərdə tutulub.
Sonda layihə çərçivəsində görülən işlər qiymətləndirilərək, Təhsil Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən qalib müəyyənləşib.

ADU-nun Mətbuat Xidməti