7 nazirlə çalışan Xələf Xələfov KİMDİR? - FOTO

7 nazirlə çalışan Xələf Xələfov KİMDİR? - FOTO Azərbaycanda ən stajlı məmurlardan biri də Xələf Xələfovdur. Hazırda Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində işləyən Xələfovun qismətinə 7 nazirlə birlikdə çalışmaq düşüb.

Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub.

1977-1982-ci illərdə Kiyev Dövlət Universitetində təhsil alıb.

1983-1990-cı illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi vəzifəsini tutub.

O, 31 yaşında könüllü şəkildə polis orqanlarındakı vəzifəsindən imtina edib.

Sabiq inspektor 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

Xələf Xələfov 1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub.

1997-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb.

2018-ci ilin dekabr ayından 3 may 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatına rəhbərlik edib.

O, 3 may 2019-cu ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdıb. O, 24 iyul 2023-cü ilə kimi xarici işlər nazirinin müavini olub.

Xələf Xələfov 24 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

66 yaşlı diplomat 7 nazirlə - Hüseynağa Sadıqov, Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov, Vilayət Quliyev, Elmar Məmmədyarov və Ceyhun Bayramovla işləyib.

Alman və rus dillərini bilir.

Tehsil-press.az

Oxşar xəbərlər