Qoca Səmədovun oğlu tanışını güllələdi - Təfərrüat

Qoca Səmədovun oğlu tanışını güllələdi - Təfərrüat Yevlaxda silahlı insident baş verib.

Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.

Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

Trend-in məlumatına görə, Zaurla güllələdiyi şəxs qonşu olublar. Qonşunun mal-qarası Z.Səmədovun həyətinə girib. Bundan sonra onlar arasında mübahisə baş verib və bu, güllələnmə ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər