Sözügedən şəxs barədə hal-hazırda Gəncə Şəhər Prokururluğunda maliyyə pozuntusu, küllü miqdarda, dövlət pulunun mənimsənilməsi ilə bağlı araşdırma aparılır. Nəzərinizə çatdıraq ki, Maliyyə Nazirliyinin məktubu əsasında araşdırma istintaqa verilib. Texnologiya Universitetinin çoxsaylı müəllimlərinin izahatı alınıb.
Bununla bağlı 26 Sentyabr 2025-ci ildə Texnologiya Universitetinin Tədris işlər üzrə müdiri Cəsarət Şabanov, dekan və digər rəhbər şəxslər də istintaqa cəlb olunub.
Cənab Prezident İlham Əliyev çıxışlarının əvvəlində vurğulayır ki, hər bir rəhbər vəzifəli şəxs xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməlidir. O, təyin olunan rəhbərlərə xatırlatdır ki, “xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq” idarəçiliyin başlıca qayəsidir. Bu, Prezidentin illərdir davam etdirdiyi “xalq dövləti” modelinin praktik ifadəsidir.
Dövlət başçısı hər dəfə çıxışında xatırladır ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və “heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.
Amma qanunsuz hərəkətlər, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun bəxti gətirir ki, cəzası qalır. Onun havadarımı var? Əlbəttə havadarı var, bu barədə növbəti yazımızda açıqalayacayıq.
Maliyyə pozuntusu barədə Gəncə Şəhər Prokurorluğunda bir milyon beş yüz min manat məbləğində çinayət işinin açılması, hələlik kölgədədir. Çəza kəsilən şəxs yoxdur. Dövlət büdcəsinə dəyən ziyan da ödənməyib.
İbtidai istintaqda zamanı dövlət büdcəsinə dəymiş ziyanın təsdiq edilib. Lakin, cəzasız qalan Texnologiya Universitetinin rektorudu. Onun haqqında, 2022-ci ildə gedən səs yazısında açıq aşkar aydın oldu ki, bu şəxsin idarəçiliyi yoxdur.
Amma bəxti gətirən Yaşar Ömərov rektor əvəzi olsa da, vəzifə səlahiyyətlərindən sui- istifadə edən, qulluq mövqeyini kobud aşan rektor cəzası qaldı.
Təəssüflər olsun ki, 2022-ci ildən rektor postunu tutan Y. Ömərovun özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadəsi, dövlət orqanlarının gözündən yayınır.
Tehsil-press.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq./Yenixeber.org/
Tehsil-press.az








