Əbülfəs Qarayevin qızı: Sevgi, şərab, həzz haqqında gözəl şeirlər yazmış Məhsəti...

Əbülfəs Qarayevin qızı: Sevgi, şərab, həzz haqqında gözəl şeirlər yazmış Məhsəti... Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissor və ssenari müəllifi olduğu "Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə Mədəniyyət Nazirliyi nəzdindəki Bədii Şura qadağa qoyub.

Bu haqda Suad Qara sosial media hesabında yazıb:

"Filmimiz “Məhsəti” Bakı Film Festivalının proqramından çıxarılıb, çünki Film Komitəsi nümayiş lisenziyası verməkdən imtina edib və səbəb kimi filmin “əxlaqi dəyərlərlə uyğun gəlmədiyini” göstərib. Filmimizdə 12-ci əsr şairəsi Məhsəti Gəncəvinin canlandırmağa çalışan gənc aktrisa dostları ilə klubda gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət qurur.

Film tək ana tərəfindən böyüdülən, sevgi, şərab, həzz və azadlıq haqqında cəsarətlə və gözəl şeirlər yazmış Məhsəti Gəncəvinin hekayəsinə müasir bir interpretasiya cəhdi olaraq hazırlanıb".
Rejissor qoyulan qadağanı qəbul etmədiyini bildirib: "Məhsəti bir təbiət qüvvəsi, qabaqcıl, üsyankar və parlaq bir işıq idi, onun parıltısı 12-ci əsrdən bu günə qədər davam edir".

Suad Qara yaradıcı heyətdən üzr istəyib: "Biz çəkiliş heyətimizdən, filmə ürəklərini qatan bütün istedadlı insanlardan, həmçinin festivala baxmaq üçün səbirsizliklə gözləyən dostlarımıza, tərəfdarlarımıza və ailələrimizə üzr istəyirik. "Məhsəti"ni onun vətənində nümayiş etdirmək üçün daha yaxşı zaman və yer tapacağıq. Hazırda onun səyahəti beynəlxalq səviyyədə davam edir.

Festivala hələ də qatılan digər film rejissorlarına uğurlar arzulayırıq və Azərbaycan kinosu üçün daha yaxşı günlər ümid edirik".

Tehsil-press.az

Oxşar xəbərlər